Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib
siyaset
19-04-2024, 12:17
256

Oxu.Az xəbər verir ki, bu barədə COP-29-un “X” səhifəsində paylaşım edilib.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla yanaşı, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.