“Nazirlərdən birinin qolunu qandallayıb apardılar, bu, nəyə lazım idi?" » Memur.az

“Nazirlərdən birinin qolunu qandallayıb apardılar, bu, nəyə lazım idi?"

“Nazirlərdən birinin qolunu qandallayıb apardılar, bu, nəyə lazım idi?"

“Ukraynada parlamentin iclası zamanı nazirlərdən birinin qolunu qandallayıb apardılar. Bu, nəyə lazım idi, nəticəsi nə oldu. Mən belə şeylərin əleyhinəyəm. Həm də insan haqları baxımından düzgün deyil”.


Lent.az-ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi vurğulayıb ki, nəyinsə şou xətrinə, kampaniyaçılıq çərçivəsində edilməsi məqbul deyil: “Cəmiyyətdə şok effekti verə bilər, bəs onun nəticəsi nə oldu. Qonşu Gürcüstanda bundan əvvəlki prezidentin dövründə hər yerdə deyirdilər ki, korrupsiya ləğv edilir, amma nəticədə məlum oldu ki, orda heç bir iş görülməyib. İndi Gürcüstanın ədliyyə naziri bura gələndə deyir ki, heç bir görülməyib orda”.