Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib » Memur.az

Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib

Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edibAzərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Əziz dostum, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədovun başçılıq etdiyi Azərbaycan şahmat komandasının üzvlərini, o cümlədən gözəl oyunçuları, məşqçilər heyətini və hakimləri səfirlikdə qarşılamaq şərəfinə nail oldum”, – o qeyd edib.