Al Bano İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatına qatılacaq » Memur.az

Al Bano İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatına qatılacaq

Al Bano İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatına qatılacaq

Noyabrın 30-da Romada İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi olacaq.

Memur.Az xəbər verir ki, mərasimdə İtaliyanın tanınmış simaları iştirak edəcəklər.

Onların arasında dünya şöhrətli müğənni Al Bano, Formula-1 sabiq pilotu Giancarlo Fisichella, aktrisalar Elizabet Pellini, Emanuela Titocchia, Demetra Hampton, Marçesta Daniela Daragon, Claudio Lotito, Eleonora Vallone və digərləri var.

Qeyd edək ki, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən jurnalisti Dündar Keşaplı , Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur.

Bu ilin may ayında Bakıda təqdimatı keçirilən cəmiyyətin əsas məqsədi iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahələrində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.

Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb

http://www.italianinsider.it/?q=node%2F3420