Azərbaycanın və Rusiyanın təhsil nazirləri Azərbaycan Xalça Muzeyinin qonağı olublar » Memur.az

Azərbaycanın və Rusiyanın təhsil nazirləri Azərbaycan Xalça Muzeyinin qonağı olublar

Azərbaycanın və Rusiyanın təhsil nazirləri Azərbaycan Xalça Muzeyinin qonağı olublar

Noyabrın 20-də Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov Azərbaycan Xalça Muzeyinin qonaqı olublar.

Memur.Az xəbər verir ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva fəxri qonaqlara qədim xalçaçılıq sənəti, onun tarixi, adət - ənənəsi haqqında ətraflı məlumatlar verib.

Qonaqlara bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Muzeyin “Qızıl Fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il Noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.