Ramil Usubov deputatın rəis oğlunu işdən niyə çıxardı? - YENİLƏNİB » Memur.az

Ramil Usubov deputatın rəis oğlunu işdən niyə çıxardı? - YENİLƏNİB

Ramil Usubov deputatın rəis oğlunu işdən niyə çıxardı? - YENİLƏNİB

11:10

Milli Məclisin deputatı Elman Məmmədov oğlu, Yasamal rayon Yol Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun tutduğu vəzifədən azad olunması ilə bağlı azvision.az-a danışıb.

Memur.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb: "Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun".

----------

10:13

Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.

Memur.az aznews.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.