"Report" xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi "İzvestiya"ya verdiyi müsahibədə bildirib.
"Biz bunun üzərində işləyirik. Ümid edirik ki, yeni tarixlər bu ilin birinci yarısında, təxminən aprel-iyun aylarında açıqlanacaq", - deyə o bildirib.
Səfirin sözlərinə görə, səfər zamanı Pakistanın Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa danışıqlar aparılacaq.
