Bakıda oktyabrın 15-də az yağış olacaq » Memur.az

Bakıda oktyabrın 15-də az yağış olacaq

Bakıda oktyabrın 15-də az yağış olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də bəzi yerlərdə az yağış yağacağı, hava şəraitinin günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

Memur.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə əsasən, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.