Azərbaycan üçün kim daha yaxşıdır: Avropa, yoxsa Rusiya? » Memur.az

Azərbaycan üçün kim daha yaxşıdır: Avropa, yoxsa Rusiya?

Azərbaycan üçün kim daha yaxşıdır: Avropa, yoxsa Rusiya?

Azərbaycanla Avropa arasında münasibətlər gərginləşir. Buna səbəb sentyabrın 10-da Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir. Xatırladaq ki, qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq Azərbaycanda insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Həmçinin qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər strateji əməkdaşlıq razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır.

Bununla bağlı bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçirilib və məsələ müzakirəyə çıxarılıb.

Bəs, görəsən Avropa ölkələrinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə və bu səbəbdən tərəflər arasında yaşanan gərginlik sadə insanlar tərəfindən necə qarşılanır? Vətəndaşlar Avropanı, yoxsa Rusiyanı Azərbaycan üçün daha önəmli tərəfdaş hesab edir?

Musavat.com bu suallarla şəhər sakinləri arasında sorğu keçirib. İnsanların siyasi məsələyə yanaşması müxtəlif olub.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.