“Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, böyük lideri yaxşı liderdən fərqləndirən əsas xüsusiyyət cəsarətdir: “Böyük lider həm də insanların ürəyini fəth etməyi bacarmalıdır”.
Baş nazir Türkiyə liderinin bunu bacardığına diqqət çəkib.
