DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Sosial
15-03-2025, 10:41
16

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.