Astanada KTMT-nin şuralarının birgə iclası keçirilir
Sosial
28-11-2024, 11:28
68

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində sülhməramlı fəaliyyət, kadr hazırlığı, elmi fəaliyyət kimi istiqamətlər üzrə 30-dan çox məsələnin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sammitin işində təşkilatda iştirakını donduran Ermənistan istisna olmaqla, bütün liderlər iştirak edəcək. İclas əvvəlcə dar tərkibdə, sonra isə geniş tərkibdə olacaq.