BAMF-in rəhbəri MƏŞ-in katibi ilə mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsünü müzakirə edib » Memur.az

BAMF-in rəhbəri MƏŞ-in katibi ilə mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsünü müzakirə edib

BAMF-in rəhbəri MƏŞ-in katibi ilə mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsünü müzakirə edibBeynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovla mina probleminin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul olunması təşəbbüsünü müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Fond prezidenti sosial şəbəkədə yazıb.

“Bu gün (iyulun 31-də – red.) AR-in DİM üzrə Milli ƏŞ katibi Hüseyn Hüseynov ilə çox maraqlı bir görüşümüz oldu. Görüşdə DİM-lərin icrasına dair görülən işlərdən, mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsündən, BAMF-in fəaliyyətlərindən və əməkdaşlıq imkanlarından danışdıq”, – o qeyd edib.