Azərbaycan səfiri AK Partiyanın sədr müavini ilə görüşüb » Memur.az

Azərbaycan səfiri AK Partiyanın sədr müavini ilə görüşüb

Azərbaycan səfiri AK Partiyanın sədr müavini ilə görüşübAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkaya ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.

“Səfir Rəşad Məmmədov AK Partiyanın xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkayanı ziyarət edib”, – səfirliyin məlumatında qeyd olunub.

Tərəflər “Azərbaycan – Türkiyə münasibətlərinin strateji mütəffiqlik səviyyəsində olmasından məmnuniyyətlərini” bildirərək “bu münasibətlərin daha da inkişafına əminliyini ifadə ediblər”.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomat Türkiyənin xarici işlər nazirinin müavini Beriss Ekinci, habelə monteneqrolu həmkarı Perişa Kastratoviçlə görüşüb.