Naxçıvanda üç qurum ləğv olundu
Sosial
2-08-2023, 09:43
173

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib.