Birinci Qarabağ müharibəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir
Tarix : 23-01-2023, 15:27 | Bölmə: Sosial

Oxu.Az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirilib.
Hərbi prokuror qeyd edib ki, o cümlədən müvafiq qurumlarla birlikdə həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində, eləcə də ötən ilin istər avqust ayında, istərsə də sentyabr ayında Ermənistanın növbəti təxribatlarının qarşısı alınarkən həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməsi, sözügedən məsələlərlə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.
Oxşar xəbərlər