Hacıqabul sakini nazirlə görüşmək istəyir » Memur.az

Hacıqabul sakini nazirlə görüşmək istəyir

Hacıqabul sakini nazirlə görüşmək istəyir

Hacıqabul rayon sakini nazirlə görüşmək istəyir.

Rayonun Şorabaçı kənd sakini Seyidzahra Seyidmalıyeva redaksiyamıza ünvanladığı məktubda yazır ki, oğlu vaxtilə daxili işlər orqanlarında çalışıb. Ailə vəziyyəti ilə bağlı polis sıralarını tərk edib:

“Daxili işlər naziri Ramil Usubova qəzetiniz vasitəsi ilə müraciət edirəm. Mən polis anasıyam. Oğlum ailə vəziyyətinə görə öz xahişi ilə polisdən çıxdı ki, gedib problemlərini həll etsin. Təəssüf ki, müsbətə doğru heç nə alınmadı. Mənim 60 yaşım var. Bakıya tez tez gedib-gələ bilmirəm. Nazirdən xahiş edirəm ki, bir ana kimi qəbul etsin, dərdimə əlac etməsini diqqətinə çatdırmaq arzusundayam. Rəsmi müraciət etmişəm. Alınmayıb. Problemimizi ancaq nazirin həll edə biləcəyinə ümid edirəm. Çünki indiyə kimi mənim kimi çox anaların problemini həll etdiyini bilirəm. Allah bütün yaxşı, xeyirxah insanların köməyi olsun”.///musavat.com