Tarix : 14-09-2022, 00:42 | Bölmə: Sosial

Roma Papası: “Qazaxıstan münaqişələrin həllində mühüm rol oynayacaq”Roma Papası Fransisk Dini Liderlərin VII Qurultayında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Pontifiki respublika prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Səfəri zamanı Papa İtaliyanın “ITA Airways” aviaşirkətinin xüsusi reysi Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçub. Yaranmış ənənəyə görə, o, bütün bu dövlətlərin başçılarına salamlama teleqramları göndərib.

Nur-Sultana yaxınlaşarkən papanın təyyarəsini dörd qırıcı müşayiət edib.

Dövlət başçısı ilə görüşündə Papa Qazaxıstanın mühüm geosiyasi qovşaqların kəsişmə nöqtəsində yerləşdiyini qeyd edib.

O, həmçinin bu ölkənin münaqişələrin həllində mühüm rol oynayacağını proqnozlaşdırıb.

Mənbə: gazeta.ru

Oxşar xəbərlər