Daha bir ölkə Qarabağda keçiriləcək "seçkiləri" tanımayacağını bəyan etdi » Memur.az

Daha bir ölkə Qarabağda keçiriləcək "seçkiləri" tanımayacağını bəyan etdi

Daha bir ölkə Qarabağda keçiriləcək "seçkiləri" tanımayacağını bəyan etdi

"Çexiya münaqişənin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır"

“Çexiya Respublikası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin hüquqi və konstitusional əsasını tanımır”. APA-nın məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Çexiya Respublikası hesab edir ki, bu kimi birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət atmosferin yaranmasına xidmət etmir. Çexiya münaqişənin beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Çexiya fəal şəkildə ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır”.