Siyasi partiyalara üç milyon manat ayrılacaq - RƏSMİ » Memur.az

Siyasi partiyalara üç milyon manat ayrılacaq - RƏSMİ

Siyasi partiyalara üç milyon manat ayrılacaq - RƏSMİƏhalinin siyahıya alınması üçün dövlət büdcəsindən 23 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bunu parlament komitələrinin büdcə müzakirələrində maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib.

O qeyd edib ki, siyasi partiyaların maliyyələşdirilməsinə 2019-cu ilin dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılacaq.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün dörd milyon manat vəsaitin, Bilik Fonduna isə bir milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.