Prezidenti “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiqləyib
siyaset, iqtisadiyyat
27-01-2015, 09:11
896
Azərbaycan prezidenti “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinə tapşırılıb ki, strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin, strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Prezidentinə məlumat versin.