Azərbaycanın Pakistandakı səfiri senat sədrinin müavini ilə görüşüb » Memur.az

Azərbaycanın Pakistandakı səfiri senat sədrinin müavini ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri senat sədrinin müavini ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı səfir A.Q.Heydarini Pakistan senatının sədr müavini vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Daha sonra Azərbaycan-Pakistan münasibətləri haqqında danışıqlar olub. Diplomat, Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir Azərbaycanlının qəlbində Pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirib. Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb.