Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub
siyaset, iqtisadiyyat
24-01-2015, 19:12
921
Dövlət başçısı Kral Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində olub.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib. Dövlət başçısı matəm kitabına ürək sözlərini yazıb.