İlham Əliyev Con Kerri ilə görüşəcək » Memur.az

İlham Əliyev Con Kerri ilə görüşəcək

İlham Əliyev Con Kerri ilə görüşəcəkAmerika Dövlət Departamenti məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində mühüm görüş keçirəcək.

Memur.Az xəbər verir ki, İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşü nəzərdə tutulub.

Bu barədə Amerika Dövlət Departamentinin Con Kerrinin 30 mart üçün nəzərdə tutulan qrafikində məlumat verilib.

Qrafikdə göstərilib ki, Con Kerri yerli vaxtla saat 14:00-da Azərbaycanın dövlət başçısı ilə görüşəcək.