Ordumuzun çavuşu şəhid oldu » Memur.az

Ordumuzun çavuşu şəhid oldu

Ordumuzun çavuşu şəhid olduMüdafiə Nazirliyi məlumat yaydı.

Azərbaycan Ordusu cəbhədə itki verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Memur.Az-a daxil olan məlumatda qeyd olunur ki, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.