Avropa Şurasına söz azadlığının müdafiəsi ilə bağlı yeni tövsiyələr veriləcək » Memur.az

Avropa Şurasına söz azadlığının müdafiəsi ilə bağlı yeni tövsiyələr veriləcək

Avropa Şurasına söz azadlığının müdafiəsi ilə bağlı yeni tövsiyələr veriləcək

Strasburqda Avropa Şurasının təşkilatçılığı ilə “İfadə azadlığı: demokratiya üçün vacib şərt” mövzusunda iki günlük konfrans başa çatıb.

Memur.Az xəbər verir ki, 50 ölkədən 400-ə yaxın eskpertin, hakimlərin, vəkillərin, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə söz azadlığına terrorizm təhlükəsi, insanları çok etmək və ya təhqir azadlığına münasibət, demokratiyanın əsası olan plüralistik şəraiti necə yaratmaq kimi mövzular müzakirə edildi.

Tədbirin ikinci gün çıxış edən İnsan haqları və qanunun aliliyi departamentinin rəhbəri Filip Buaya (Philippe Boillat) qeyd edib ki, konfransı mövzular üzrə diskusiyalar formatında təşkil edərkən biz real problemlərin meydana çıxması, onların yüksək səviyyədə müzakirəsinə çalışırdıq.

“Bütün bu mövzuların müzakirəsi ifadə azadlığının təminatı üçün yeni təkliflərin verilməsi üçündür. Bu problemlər Avropa Şurası üzv dövlətlərinin hamısı üçün problemdir və problemin həll edilməsində çətinlik onların transsərhəd xarakterli olmasıdır.

Dekabrda İnformasiya cəmiyyəti və KİV üzrə koordinasiya komitəsi Avropa Şurası Nazirlər Komitəsi üçün tövsiyələr layihəsi təqdim edəcək”.

O qeyd edib ki, bu prinsiplərin həcmi böyük olacaq. Belə ki, bura jurnalistlərin müdafiəsi, jurnalistlərə hücuma görə cinayət məsuliyyəti, jurnalistlərə hücumların qarşısının alınması üçün profilaktik tədbirlər daxil olacaq.

“Bu prinsiplər həmçinin də qeyri-qanuni izlənmə və jurnalistlərin informasiya mənbələrinin müdafisini də özündə əks etdirəcək”, o deyib.

Qeyd edək ki, ikigünlük konfrans çərçivəsində müasir jurnalistikaya təhdidlər barədə geniş müzakirələr aparıldı. O cümlədən yanvar ayında Parisdə Charlei Hebdo jurnalına qarşı terror hücumu, Estoniyada Delfi onlayn mediasına qarşı məhkəmə prosesləri nümunəsində media təmsilçilərinin təhlükəsizliyi, fikri azad ifadə etmə hüquqlarını həyata keçirilməsində problemlər, terror vasitəsilə fikir azadlığına qarşı mübarizə müzakirə edildi.