Hökumətə 6 gün vaxt verildi
siyaset
14-10-2015, 14:37
562
Milli Məclis hökumətə büdcəyə edilən təklifləri nəzərdən keçirərək 2016-cı yekun büdcə zərfini hazırlamaq üçün 6 gün vaxt verib.
Trend-in məlumatına görə, deputat Siyavuş Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək ayın 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.
Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib:
"Bir çoxumuz seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək".