Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilir » Memur.az

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilir

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilirNaxçıvan Muxtar Respublikası (MR) təhsil işçilərinin sentyabr konfransı keçirilir.

“Report”un yerli bürosunun məlumatına görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək oradakı eksponatlarla tanış olublar.

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvanın təhsil naziri Elxan Nəcəfov, muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, MR Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak edirlər.