Bərdədə icra başçısının istefası tələbi ilə imza toplanır » Memur.az

Bərdədə icra başçısının istefası tələbi ilə imza toplanır

Bərdədə icra başçısının istefası tələbi ilə imza toplanır

Vidadi İsayevin hərəkətlərindən bezən camaat prezidentə müraciət hazırlayır

Son dövrlər Bərdədə ard-arda keçirilən aksiyalar, icra başçısının insanlara qarşı heç də xoş davranmaması əhali ilə Vidadi İsayev arasındakı problemi daha da dərinləşdirib. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, Vidadi İsayevin rayonda yaratdığı mənfi mühit, insanların problemlərinin başından aşmasına rəğmən, həll olunmaması, habelə icra başçısı və adamlarının davranışlarındakı yanlışlıqlar artıq bərdəliləri bezdirib. JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, rayon camaatı bu şəkildə yaşamağın mümkün olmadığını görərək, dövlət başçısına müraciət etmək qərarına gəlib.

Bildirilir ki, müraciətə həmçinin icra başçısı Vidadi İsayevin istefasını istəyənlərin imzaları da əlavə olunacaq. Artıq bununla bağlı Bərdədə imzatoplama kampaniyasının başlandığı da vurğulanır.