Vəkillər Kollegiyası Akademiyasının əsasnaməsi təsis olunacaq » Memur.az

Vəkillər Kollegiyası Akademiyasının əsasnaməsi təsis olunacaq

Vəkillər Kollegiyası Akademiyasının əsasnaməsi təsis olunacaq“Vəkillər Kollegiyasında fəaliyyət göstərəcək akademiyanın əsasnaməsi təsis olunacaq”.

“Report” xəbər verir ki, bunu kollegiyanın sədri Anar Bağırov Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində deyib.

Bu yaxınlarda akademiyanın təsis edildiyini diqqətə çatdıran sədr bildirib ki, əsasnamə də təsis ediləcək:

“Məqsəd vəkil hazırlığı ilə bağlı tədrisin yeni səviyyəyə çatmağıdır. Elmi bazanın gücləndirilməsi istiqamətində işlər görülür. Üzvlüyümüzdə olan alimlər və xaricdə təhsil alan vəkillərimiz var. Getdikcə, elmi bazamız daha da güclənəcək. Vəkil hazırlığı ilə bağlı ödənişli və ödənişsiz kurslar təşkil olunacaq. Həmin kurslara mütəxəssislər dəvət edəcəyik”.