Prezident İlham Əliyev iraqlı həmkarına təbrik məktubu göndərib » Memur.az

Prezident İlham Əliyev iraqlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev iraqlı həmkarına təbrik məktubu göndəribAzərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə məktub ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, İraq Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.