Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər » Memur.az

Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblərRusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, nazir müavinləri regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetiriblər.

Mənbə: TASS