Bu barədə NATO-nun baş katibi özünün “X” hesabında məlumat verib.
“Prezident Ərdoğanla Nyu-Yorkda görüşməkdən məmnunam. Terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyəyə Qara dəniz taxıl sazişini canlandırmaq üçün gördüyü işlərə görə təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu məsələsinə ən qısa zamanda baxacaq”, - deyə o, paylaşımda qeyd edib.
