Stoltenberq və Ərdoğan Nyu-Yorkda görüşüblər

19-09-2023, 10:59

Stoltenberq və Ərdoğan Nyu-Yorkda görüşüblərNATO-nun baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşüblər.

Bu barədə NATO-nun baş katibi özünün “X” hesabında məlumat verib.

“Prezident Ərdoğanla Nyu-Yorkda görüşməkdən məmnunam. Terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyəyə Qara dəniz taxıl sazişini canlandırmaq üçün gördüyü işlərə görə təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu məsələsinə ən qısa zamanda baxacaq”, - deyə o, paylaşımda qeyd edib.

Mənbə: https://memurtv.az/siyaset/11972-stoltenberq-ve-erdogan-nyu-yorkda-gorushubler.html