Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilib » Memur.az

Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilib

Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilibAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub.
Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.