Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edib » Memur.az

Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edib

Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edibPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edib.

Bu barədə X.Fərhadov “Twitter”dəki hesabında yazıb.

“Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən qəbul edilməkdən şərəf duyuram”, - səfir qeyd edib.

Görüşdə “SOCAR Trading” şirkətinin icraçı direktoru Məryəm Almaszadə də iştirak edib.