Ceyhun Bayramov Britaniyaya işgüzar səfərə gedib » Memur.az

Ceyhun Bayramov Britaniyaya işgüzar səfərə gedib

Ceyhun Bayramov Britaniyaya işgüzar səfərə gedibAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.