Səudiyyə Ərəbistanının biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb » Memur.az

Səudiyyə Ərəbistanının biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Səudiyyə Ərəbistanının biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıbŞuşa şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib.

İyunun 12-də maliyyə naziri Samir Şərifov Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Samir Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış Birgə İşgüzar Şuranın işini təqdir edib və Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunmuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.Qonaqları salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanlarını dəyərləndirən tərəflər kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi məsələlərinə toxunublar. Azərbaycanın meyvə-tərəvəz məhsullarının Səudiyyə Ərəbistanı bazarına ixracı imkanlarını dəyərləndirən iştirakçılar bildiriblər ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Bununla da Səudiyyə Ərəbistanının biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.