Prezidentin imzaladığı əfv sərəncamı mayın 10-dək icra ediləcək » Memur.az

Prezidentin imzaladığı əfv sərəncamı mayın 10-dək icra ediləcək

Prezidentin imzaladığı əfv sərəncamı mayın 10-dək icra ediləcəkPrezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv sərəncamının icra ediləcəyi vaxt bəlli olub.

Oxu.Az-ın məlumatına əsasən, sərəncamın may ayının 10-dək icra olunması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.