• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Könüllü olaraq özünü azərbaycançılığa həsr etmiş lider

Siyasət

8-05-2023, 13:53

Könüllü olaraq özünü azərbaycançılığa həsr etmiş liderBu il xalqımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü ölkəmiz üçün Zəfər tarixi kimi yaddaşlara yazılan əlamətdar dövrdə - doğma Qarabağımızın bərpası və yenidən çiçəklənməsi ilə paralel böyük coşqu və təntənə ilə qeyd edir.

Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

XX əsrin sonlarında Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. 1988-90-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda, gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.

Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi xaos və anarxiya məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alaraq ölkəmizin dayanıqlı inkişaf yolunu müəyyən edib.“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli liderin yorulmaz fəaliyyəti nəticəsində ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

Dövlətin siyasi-iqtisadi müstəqilliyinin təmin edilməsi işində Heydər Əliyev Azərbaycan gənclərini hər zaman özünə arxa hesab edərək onların dəstəyinə güvənib.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü Milli Məclisdə gənclərlə olub. Ümummilli lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirib.

Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atılıb, ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin təlim-tərbiyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başlayıb, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib.

Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.

Qeyd edim ki, həmin il ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu öndər Heydər Əliyevin gənclərə olan inamı və yüksək etimadı Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlə də yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident Sarayında keçirilən Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş gənclərlə görüşdə ulu öndər onların müraciətinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli liderin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihəsi həyata keçirilib. Bu, yeniliklə yanaşı olaraq, Sovetlər Birliyi dönəmində mövcud olan “pioner” və “komsomol” kimi platformalarda ən yaxşı təcrübələrin milliləşdirilərək müasir çağırışlara cavab verəcək şəkildə yenidən formalaşmasını, həmçinin mövcud könüllülük hərəkatını müstəqillik tariximizdə nəinki qoruyub-saxlayıb, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilib.

Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə genişmiqyaslı könüllülük fəaliyyətinin əsasını yaradıb.

Sonrakı illərdə yüzlərlə gənc bu hərəkatın mahiyyətini dərk edərək, eyni zamanda könüllülük ideyasının təşviq və təbliğ olunmasında iştirakçılıq statusu əldə etdi. Heydər Əliyevin əsasını qoyduğu multikultural dəyərlər və tolerantlığa əsaslanan könüllülük fəaliyyəti bu gün Azərbaycanın beynəlxalq arenada təbliğ olunması, ölkə mədəniyyətinin, incəsənətinin bütün dünya tərəfindən qəbul olunması, tanınması istiqamətində uğurla həyata keçirilir.

Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” Qanun olub. Bu qanunun yaratdığı hüquqi çərçivə sayəsində özünü sübut etmiş onlarla qeyri-hökumət təşkilatı, institutlaşdırılmış könüllülük modeli yaradıldı.

Artıq bu gün keçirilən çoxsaylı beynəlxalq tədbirlərin könüllülərin iştirakı olmadan baş tutmasını təsəvvür etmək qeyri-mümkündür. Bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın vurğuladığı kimi, könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olub və bu hərəkatı daha da canlandırıb.

Ölkəmizin ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər mötəbər, irimiqyaslı tədbirlərə onminlərlə könüllünün cəlb edilməsi, eyni zamanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın formalaşmış zəngin, təcrübəli könüllülük hərəkatının daha da inkişaf etməsinə xidmət etdi.

Azərbaycanın könüllü gəncliyi qoyulmuş ənənəni davam etdirərək bu il də BMT-nin gənclər üzrə xüsusi elçisinin təşkilatçılığı ilə BMT-nin Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda ölkəmizi yüksək səviyyədə təmsil etdi.

Artıq yüzminlərlə gənci əhatə edən, ulu öndər Heydər Əliyev tərəfindən formalaşmış könüllü ordusu bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlət idarəçiliyində, ölkəmizin inkişaf prosesində yaxından iştirak edir.

Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömürboyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq, əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Paylaş:
Digər xəbərlər

Siyasət

29-09-2022, 12:43

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi - SƏRƏNCAM

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Dünən, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
11-04-2026, 18:34
Bu gün Bakıda 550 küçə yuyulub
11-04-2026, 13:45
Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
Son xəbərlər
  • Bu gün, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • Bu gün, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Bu gün, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • Bu gün, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • Bu gün, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • Bu gün, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • Bu gün, 09:04
    Dollar ucuzlaşır
  • Bu gün, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • Dünən, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • Dünən, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • Dünən, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • Dünən, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
  • 14-04-2026, 11:23
    Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb
  • 13-04-2026, 15:11
    Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
  • 13-04-2026, 15:10
    Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək
  • 13-04-2026, 15:10
    Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"
  • 13-04-2026, 15:05
    Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
  • 13-04-2026, 09:38
    Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb
  • 13-04-2026, 09:35
    Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 13-04-2026, 09:34
    Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
  • 12-04-2026, 18:17
    Dövlətə xidmətlə yazılan ömür yolu
  • 12-04-2026, 12:06
    Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
  • 12-04-2026, 11:58
    Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
  • 11-04-2026, 18:34
    Bu gün Bakıda 550 küçə yuyulub
  • 11-04-2026, 13:45
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
  • 11-04-2026, 10:40
    Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...