Azərbaycan Prezidenti: “Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”
siyaset
16-03-2023, 15:41
36

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib:“Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”.