Tarix : 14-11-2022, 09:23 | Bölmə: siyaset

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı veribAzərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin”.

Oxşar xəbərlər