Ərdoğan 2023-cü ilin prezident seçkilərində namizəd olacaq » Memur.az

Ərdoğan 2023-cü ilin prezident seçkilərində namizəd olacaq

Ərdoğan 2023-cü ilin prezident seçkilərində namizəd olacaqTürkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində “Cümhur ittifaqı” namizədi olacaq.

Bu açıqlama ilə “Cümhur ittifaqı”nın üzvü, MHP sədri Dövlət Baxçalı çıxış edib.

“Prezidentliyə namizədimiz bəllidir, bu, Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, cənab Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcək və “Cümhur ittifaqı” növbəti qələbəsini qazanacaq”.

Qeyd edək ki, Türkiyədə həm prezident, həm də parlament seçkiləri 2023-cü ilin iyununda keçiriləcək.

Mənbə: Star qəzeti