• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Müəllimlərin sertifikasiyası – keyfiyyətli təhsil yolunda addım - ŞƏRH

Müsahibə

7-06-2024, 14:19

Müəllimlərin sertifikasiyası – keyfiyyətli təhsil yolunda addım - ŞƏRHAzərbaycanda təhsil sahəsində islahatların fonunda təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı daim diqqətdə saxlanılır.

Müəllimlərin sertifikatlaşdırılması addımları da məhz buna xidmət edən metodlar sırasındadır. Dünya təcrübəsi əsasında formalaşdırılmış bu sistem sayəsində müəllimlərin biliklərinin yenilənməsi, müasir tələblərə uyğun inkişafı üçün imkan yaranır. Təhsilverənlərin peşəkarlıq səviyyəsi qiymətləndirildiyi üçün onların ehtiyacları da müəyyən edilir.

Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyirlər. Bu, ömür boyu öyrənmə mədəniyyətini formalaşdırır.

Savadlı, daim inkişaf edən müəllimin uğurlu işi sayəsində tədrisin də keyfiyyəti artır. Aydın məsələdir ki, yaxşı müəllimin yetişdirdiyi şagird nəticələri də yüksəlir. Müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu zamanı valideynlər sertifikasiya nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər.

Sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir. Yaxşı müəllimlər isə ortalama əməkhaqqına nisbətdə daha yüksək təminata sahib olmalıdır. Sertifikatlaşma sayəsində uğurlu müəllimlərin əməkhaqqının artımına və sosial rifahın yüksəlməsinə imkan yaranır. Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmadan keçmiş 31 min 947 təhsilverənin vəzifə maaşına artım tətbiq olunduğunu açıqlamışdı.

Onu da qeyd etmək lazımdır ki, sertifikatlaşdırmanın nəticələri müəlllimlərin karyera inkişafı üçün vacib həlqədir. Çünki ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesində müsahibə mərhələsində sertifikatlaşdırma nəticələrinə də baxılacaq. Eləcə də, müəllimlərə fəxri adların, dövlət mükafatlarının verilməsində qiymətləndirmə nəticələrdən mütləq istifadə olunacaq.

Sertifikatlaşdırmanın nəticələrinin müəllimlər üçün faydaları bununla da bitmir. Belə ki, ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir. İndiyə qədər 51 baldan yüksək müəllimlər metodistlərin işə qəbulu ilə bağlı müsabiqəyə cəlb olunub. Uğur qazanan müəllimlərə müvafiq təlimlər keçirilib. Nazirliyin məlumatına görə, hazırda 45 məktəbdə həmin metodistlər fəaliyyət göstərir.Xatırlatmaq yerinə düşər ki, 2023-cü ildə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” Qaydasında dəyişikliklər edilib. Yeniliyə əsasən, bu il ilk dəfə iş yerini dəyişmək istəyən müəllimlərin sertifikatlaşdırma nəticələrinə baxılacaq.

Statistikaya nəzər saldıqda aydın olur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərin hamısı sertifikatlaşdırmada da uğur qazanıb. Bu, müəllimlərin işə qəbulu prosesinin də təhsil sistemi üçün uğurlu yanaşma olduğunu göstərir.

60 yaşdan yuxarı müəllimlərin qiymətləndirməyə cəlb olunmasının sadələşdirilməsi isə ən vacib güzəştlərdən biri kimi yadda qalıb. Bu kateqoriyadan olan müəllimlərin sertifikatlaşdırmada iştirakının könüllü olması onların təcrübəsinin orta məktəblərdə bir müddət daha istifadə olunmasına şərait yaratdı.

Artıq müəllimlərin sertifikasiyası bütün ölkə ərazisini əhatə edir. Naxçıvanda da bu il mərkəzləşdirilmiş qaydada qiymətləndirmə prosesi təşkil olunacaq və prosesə ilk dəfə sertifikatlaşdırmada iştirak edəcək şəxslər cəlb ediləcək.

Azərbaycanın “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri məhz sertifikatlaşdırmanın davamlılığıdır. Bu, müəllim hazırlığının inkişafı və onların səriştəsinin artırılması istiqamətində mühüm yer tutur. Təhsil siyasətində sertifikatlaşdırmanın əhatə dairəsinin genişləndirilməsi və digər təhsil pillələrində də tətbiqi planlaşdırılır.Bu strategiyanın hədəflərinə nail olduğu artıq təsdiqlənir. Çünki sertifikatlaşdırmadan keçən müəllimlərin tədris prosesində daha üstün səriştə və bacarıq sərgilədiklərinin şahidi oluruq.

Elm və təhsil Nazirliyi ümumi təhsil müəssisələrində qazanılan təcrübə əsasında peşə təhsili müəssisələrində işləyən müəllimlər üçün də sertifikatlaşmanı tətbiq edəcək. Məktəbəqədər təhsil müəssisələrində isə bu il diaqnostik qiymətləndirmə aparılacaq. Lakin sonrakı mərhələdə məktəbəqədər təhsil müəssisələrində də sertifikatlaşdırma prosesinin təşkili nəzərdə tutulur.

Elm və təhsil naziri Emin Əmrullayev də “Report”a açıqlamasında qeyd edib ki, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 %-nin əməkhaqqısının artmasıdır:

“Yəni bu proses 80 % müəllimə müsbət təsir edir. Ötənilki sertifikasiya imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 %-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 % artacaq. Sertifikasiyanın bu tərəfini unutmaq lazım deyil”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-05-2023, 10:08

Bu gündən MİQ-ə elektron sənəd qəbulu başlayır

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
Dünən, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Son xəbərlər
  • Bu gün, 14:44
    Azərbaycan və İordaniya arasında Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
  • Bu gün, 14:42
    Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
  • Bu gün, 14:40
    Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
  • Bu gün, 14:38
    Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
  • Dünən, 17:30
    Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib
  • Dünən, 09:55
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • Dünən, 09:45
    Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
  • Dünən, 09:39
    Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
  • Dünən, 09:36
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • 17-04-2026, 10:46
    Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB
  • 17-04-2026, 10:45
    Azərbaycanda külək enerjisi istehsalı 26 dəfə artıb
  • 17-04-2026, 10:41
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • 17-04-2026, 10:40
    Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
  • 17-04-2026, 10:37
    Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
  • 16-04-2026, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • 16-04-2026, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • 16-04-2026, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • 16-04-2026, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • 16-04-2026, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • 16-04-2026, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • 16-04-2026, 09:04
    Dollar ucuzlaşır
  • 16-04-2026, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • 15-04-2026, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • 15-04-2026, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • 15-04-2026, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • 15-04-2026, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • 15-04-2026, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...