Rusiya səfiri: “Estoniya aktiv şəkildə silahlanır, kiminlə döyüşməyi planlaşdırır?”
Tarix : 24-01-2023, 14:57 | Bölmə: musahibe

Bu sözləri Rusiyanın Tallindəki səfiri Vladimir Lipayev “Solovyev Live” telekanalının efirində deyib.
“Estoniya aktiv şəkildə silahlanır, amma səbəbi məlum deyil. Buraya adi silahların ən müasir növlərinin gətirilməsi nəzərdə tutulur ki, bu silahlar Sankt-Peterburqu hədəf altında saxlamağa qadirdir. Orta mənzilli raket əleyhinə müdafiə sistemi yaradılır. İstər-istəməz sual ortaya çıxır: Estoniya kiminlə döyüşməyi planlaşdırır?”, - deyə o qeyd edib.
Mənbə: TASS
Oxşar xəbərlər