Leyla Abdullayeva: “Gəncə terrorunda Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub” » Memur.az

Leyla Abdullayeva: “Gəncə terrorunda Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub”

Leyla Abdullayeva: “Gəncə terrorunda Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub”“Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır. Hansı ki, özünün də üzv olduğu Cenevrə konvensiyasının normalarını pozması deməkdir”. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib. 

O bildirib ki, Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilmişdir: 

“Bütün materiallar protokol üzrə toplanıb və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. Birinci növbədə söhbət insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də instansiyalarda baxılmaqdadır. Azərbaycan qanun qarşısında təqsirkarların cavab verməsi üçün əlindən gələni edəcəkdir. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısına çıxarılmamışdır. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətinin Ermənistana təzyiqlərin artırılmasını tələb edirik”.