Bakıda məşhur generalla icra başçısı quda oldu: Gəlinə brilyant hədiyyə etdi » Memur.az

Bakıda məşhur generalla icra başçısı quda oldu: Gəlinə brilyant hədiyyə etdi

Bakıda məşhur generalla icra başçısı quda oldu: Gəlinə brilyant hədiyyə etdiNaxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun oğlu ailə həyatı qurub.

Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın oğlu Əli Ələkbərli icra başçılarından birinin qızı ilə ailə həyatı qurub. Bakının ən möhtəşəm, böyük məkanlarından birində baş tutan məclisdə xeyli sayda rəsmi şəxslər iştirak ediblər. Fazil Ələkbərovun gəlininə bahalı brilyant hədiyyə etdiyi bildirilib.

Qeyd edək ki, Fazil Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, 2015–2017-ci illərdə isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2017-ci ildən 2021-ci ilə qədər daxili işlər naziri olub.