ANS-də dəyişiklik: aparıcı verilişdən ayrıldı » Memur.az

ANS-də dəyişiklik: aparıcı verilişdən ayrıldı

ANS-də dəyişiklik: aparıcı verilişdən ayrıldı

ANS-də yayımlanan “Əslində mən” verilişində dəyişiklik olub.
Axşam.az-ın məlumatına görə, aparıcı Lətafət Ələkbərova layihədən ayrılıb. Bundan sonra proqramın aparıcılığını jurnalist Ülviyyə Alovlu edəcək.
L.Ələkbərova əməkdaşımızla söhbətində “Əslində mən”dən getməsinin səbəbini açıqlayıb:
“Hamı yaxşı bilir ki, biz adi maaşla dolana bilmərik. Mən toy məclislərində aparıcılıq edirəm. “Əslində mən” ciddi verilişdir. Hamı elə fikirləşirdi ki, mən sahəmi dəyişmişəm və daha toya getmirəm. Bu layihə mənə ziyan gətirdi, toy biznesim zəiflədi. Ona görə də öz istəyimlə ayrıldım. Amma ANS telekanalından çıxmamışam. Şou ilə bağlı layihəm var. Hansı telekanalda olacağını deyə bilmərəm. Yaxın günlərdə dəqiqləşəcək".

Qeyd edək ki, verilişin bu gün saat 19:45-də yayımlanacaq buraxılışında qonaq müğənni Rəhim Rəhimli olacaq.