Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır
siyaset
15-05-2024, 09:50
56
![Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır](/uploads/posts/2024-05/thumbs/1715752205_1.jpg)
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS - Swiss Montreux Business School” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “SMBS - Swiss Montreux Business School”un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS - Swiss Montreux Business School” arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.
Qeyd: “SMBS - Swiss Montreux Business School” tərəfindən təqdim edilən diplom Avropa Birliyi və Şimali Amerikanın bütün ölkələrində tanınır.