SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78 faizə çatdırıb » Memur.az

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78 faizə çatdırıb

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78 faizə çatdırıb“SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir”.

Report xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% olub:

“SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78 faiz təşkil edir”.

M.Məmmədov qeyd edib ki, SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il 10 mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.